9 yaşlı uşaqların qayğıları
Bu yaşlarda erkən inkişaf edən qız və oğlanlar yetkinlik çağının inkişaf xüsusiyyətlərini göstərməyə başlayırlar. Bu inkişaf xüsusiyyətləri uşaqlarda müxtəlif fiziki və hormonal dəyişikliklərə səbəb ola bilər. Bu dövrdəki sürətli dəyişmələr və inkişaflar qızlarda daha çox biruzə verir. Sümüklərin sürətli böyüməsindən qaynaqlanan oynaq ağrıları görülə bilər. Qızlar ayna qarşısında daha çox vaxt keçirməyə başlayırlar. Ana-atalar uşaqlarının yaşına uyğun olaraq, bu dəyişmə və inkişafın təbii olduğunu uşaqlarına izah etməlidirlər. Xarici görünüşün bir parçası olan boy və kilo ilə əlaqədar qayğılar gözlənə bilər. Bu mövzulara lazımlı marağın göstərilməsi, dəstək olunması və lazım olsa mütəxəssis bir adamdan kömək alınması əhəmiyyətlidir. Bu vaxtlarda uşaqlar həyəcanlı və çox enerjili olurlar. Bu səbəblə, olduqca çox qida istehlak etməyə, fiziki fəaliyyətə və yuxuya ehtiyac duya bilərlər. Onların evdə maraqları istiqamətində fəaliyyətlər üçün uyğun mühit yaradılması, qabiliyyət və bacarıqlarının ortaya çıxmasına və inkişafına kömək edə bilər.
Sosial-duyğusal İnkişaf :
Uşaqlarda 9-10 yaşlarından etibarən yoldaş bəyənməsi güclü bir ehtiyaca çevrilməyə başlayır. Davranışlarının, dəyərlərinin meydana gəlməsində yoldaşların əhəmiyyətli bir rolu vardır. Uşaq müsbət xüsusiyyətlərə sahib yaşıdlarından ibarət olan bir qrupun üzvü olduğu zaman yoldaşlarından müsbət istiqamətdə, əks halda isə mənfi yöndə təsirlənə bilər. Bu vəziyyətdə , ana- ata olaraq sizlərin, uşağınızın yoldaşlarından hamısını deyilsə də bir qisimini tanımağınız, uşağınızın təsirlənmə şəklini izləməyə kömək edə bilər. Bu yaşda olan uşaqlar daha tez hirslənər, tez də bağışlayar. Həmcinsləri ilə olan əməkdaşlıq artarkən, qarşı cinsdən olan yoldaşları ilə gərginliklərin və rəqabətin başladığı da diqqətdən qaçmır. İki cins arasındakı bu gərginliyi və rəqabəti təbii və sağlam bir müddət olaraq qiymətləndirmək lazımdır. "Öz cinsiyyətini qəbul etmə " kimi yetkinlik dövründə bacarılması gözlənilən bir inkişaf vəzifəsinin reallaşmasında əhəmiyyətli bir mərhələdir. Bu səbəblə 9-10 yaşından etibarən, hər uşağa öz cinsindən olan uşaqla dostluq etməsi üçün şərait yaradılmalıdır.
Davranış problemləri
Davranış problemləri bu yaşlarda, xüsusilə oğlan uşaqlarında , ən yüksək səviyyədə olur. Buna görə də fiziki döyüşlər , xəsarət görülə bilər. Əvvəlcə yaşanan çətinliyin səbəbini anlamağa çalışmaqla işə başlamaq lazımdır. Bunun üçün uşağın cəmiyyətdə özünü qəbul etdirmək üçün istifadə edəcəyi bəzi xüsusiyyətlər qazanmasına köməklik göstərmək olar . Qabiliyyəti olan sahədə dəstəkləmək (məsələn: musiq, şəkil, idman kimi sahələrdə özünü yetişdirmə imkanı tanımaq) , yaşıdlarıyla bir yerdə ola biləcəyi mühitlər yaratmaq ( müxtəlif dərs xarici kurslar kimi) kimi üsullar düşünülə bilər.
Bu dövrənin sonuna doğru artıq uşaqlar mücərrəd düşünmə dövrünə girirlər. Müxtəlif variantları görə bilmə cəhətdən inkişaf edərlər Xüsusilə, fənn elmlərinə olan maraqları araşdırma və parçaları birləşdirmə mövzusunda həvəsli olmalarına zəmin hazırlaya bilər. Kompüter , riyaziyyat , fizika , kimya kimi mövzulara maraqları artar. Parçaları birləşdirmə, bir hadisənin altında yatan səbəbləri tapmaq kimi mövzular maraqlarını çəkə bilər. Yaradıcılıq və məhsuldarlıqları artar. Düşünmə və hadisələri qəbul etmə formaları gedərək yetkinlərə bənzəməyə başlayır. Artıq onunla etdiyiniz danışmalar daha doyurucu və gələcəyə əks olunmaları ola biləcək tərzdə reallaşa bilər. Yəni, danışdıqlarınız orada qalmaz. Uşaqlar onun üzərində düşünür və doğru tapdığı parçalarını tətbiq etməyə çalışırlar.
9 yaşlı uşaqlara necə kömək edə bilərik?
Uşağınızın hər fürsətdə duyğularını ifadə etməsinə təşviq edin və duyğularına hörmət edin, onu dinləyin. Uşağınızın anlaya biləcəyi sözlərdən və nümunələrdən istifadə edin. Müsbət nöqtələr üzərində durun. Uşağınız sizinlə danışmaq istədiyində, istəkli olduğunuzu göstərin. Əhəmiyyətli olan onun ehtiyacı olduğunda sizinlə paylaşmasıdır. Onların öz problemlərini həll etmə bacarıqlarını nəzərdən keçirin. Uşağınızın qabiliyyət və bacarıqlarına dəstək olun. Müvəffəqiyyətlərini və müsbət cəhətlərini öyün . Uşağınızla birlikdə olmaq üçün nizamlı olaraq zaman ayırın.
Edilən səhvlər
Bəzən ata və ana olaraq, edilən ən böyük səhv, böyüklərə qəlb qırıcı söz deməkdən çəkindikləri halda, eyni sözləri uşağa deməyi özlərinə borc bilmələridir. Böyüklərə deyilən sözlərdən qaçılır. Çünki, aradalarında olan münasibətlər zədələnə bilər. Ancaq həmin sözlər uşağa deyilir. Hətta bu uşağın yaxşılığı üçün edilir. Onun küsə biləcəyi v əmünasibətlərin qırılacağı düşünülmür. Edilən ən böyük səhv o uşaqların da bir şəxsiyyət olduğunu unutmaqdır. Bundan sonra onun da küsə biləcəyini anlamaq lazımdır.
Ulduz İBRAHİMOVA