Modern.az

Qəzada yaralanan sürücü xəstəxanada öldü

Qəzada yaralanan sürücü xəstəxanada öldü

Hadisə

6 May 2025, 08:41

Oğuzda yol qəzasında ağır xəsarət alan şəxs xəstəxanada vəfat edib

 

Modern.az-ın məlumatına görə, üç gün əvvəl baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alan 1996-cı il təvəllüdlü Oğuz rayon sakini Kənan Rəhman oğlu Əzizov müalicə aldığı Şəki Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində həyatını itirib.

 

Qeyd edək ki, mayın 3-də gecə saatlarında K. Əzizovun idarə etdiyi “Toyota” markalı avtomobil Oğuz–Bayan avtomobil yolunun Bayan kəndindən keçən hissəsində idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılmışdı.

 

Qəza zamanı avtomobildə olan sərnişin – 2000-ci il təvəllüdlü Oğuz rayon sakini Urfan Namiq oğlu Məcidov hadisə yerində dünyasını dəyişmiş, sürücü isə ağır bədən xəsarətləri almışdı.

 

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI