Modern.az

Saxta pulla mağazadan alış-veriş edən şəxs tutuldu

Saxta pulla mağazadan alış-veriş edən şəxs tutuldu

Aktual

6 May 2025, 11:58

Sumqayıtda polis mağazadan saxta əskinasla alış-veriş edən şəxsi saxlayıb.

Modern.az xəbər verir ki, Sumqayıt şəhəri ərazisində yerləşən marketlərin birindən naməlum şəxsin alış-veriş edən zaman kassaya 100 manat saxta pul əskinası verməsi barədə polisə məlumat daxil olub.

Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd edilən əməli törətməkdə şübhəli bilinən A.Həsənov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi