"Dövlətimizin sosial siyasətinin prioritetlərindən biri kimi, ölkəmizdə uşaqların müdafiəsi, onların sağlam və firavan böyüyərək layiqli vətəndaş kimi yetişmələri üçün kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlərin bir istiqaməti də uşaq əməyinin istismarına qarşı mübarizəyə yönəlib."
Modern.az xəbər verir ki, bu sözləri Gənclər Mərkəzi ictimai birliyinin sədri Kənan Qubadzadə deyib.
K.Qubadzadə bildirib ki, ölkəmiz BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasına, «Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında» Ümumdünya Bəyannaməsinə və digər beynəlxalq konvensiyalara qoşulub:
"Milli qanunvericilik həmin sənədlərdən irəli gələn mütərəqqi beynəlxalq normalar, həmçinin BƏT-in «İşə qəbul etmək üçün minimum yaş həddi haqqında», «Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair» Konvensiyaları əsasında təkmilləşdirilib.
Gənclər Mərkəzi ictimai birliyi mütəmadi olaraq uşaq və gəncləri insan alveri ilə bağlı məlmutlandırma və maarifləndirmə aparırı, insan alverinə qarşı mübarizə tədbirləri həyata keçirir. Təşkilatımız bu təbirkərin həyata keçirilməsində QHT-lərə Dövlət Dəstəyi Agentliyi, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Daxili İşlər Nazirliyin dəstətini görür. Ötən dövrlərdə təşkilatımız tərfindən regionlarda "Uşaq əməyinin istismarına qarşı" mübarizə tədbirləri həyata keçirib. Gənclər Mərkəzi İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT koalisiyasının üzvüdür. Koalissiyanın həyata keçirdiyi təlimlərdə seminarlarda yaxindan istirak edirik. Koalisiyanın dövlət qurumları ilə birlikdə təşkil etdiyi dinləmələrdə insan alverinə qarşı mübarizə ilə bağlı təşkilatımızında təklifləri olub."