Modern.az

Allahşükür Paşazadə Türkiyəyə gedir

Allahşükür Paşazadə Türkiyəyə gedir

Aktual

6 May 2025, 14:54

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 7-də Türkiyə Cümhuriyyətinə səfərə yola düşür.

Bu barədə Modern.az-a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverin dəvəti ilə baş tutan səfərdə QMİ sədri 7-8 may tarixlərində İstanbulda keçiriləcək 28-ci Avrasiya İqtisadi Zirvəsində iştirak edəcək.

"Vəqfin 40-cı ildönümü ərəfəsində keçiriləcək, dünyanın müxtəlif ölkələrini təmsil edən dövlət rəsmiləri, nüfuzlu din xadimləri, siyasətçilərin iştirak edəcəyi zirvədə Şeyxülislam Allahşükür Paşazadə fəxri qonaq olaraq iştirak və çıxış edəcəkdir", - məlumatda qeyd olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi