Modern.az

Azərbaycanda iş adamının oğlu öz dostu ilə həlak oldu - FOTO

Azərbaycanda iş adamının oğlu öz dostu ilə həlak oldu - FOTO

Təhsil

9 Fevral 2014, 15:12

Dünən axşam saat 19 radələrində Bakı-Qusar yolunda ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib. APA-nın xəbərinə görə, Qusar şəhəri ərazisində 90-NF-003 nömrə nişanlı “Maserati” markalı avtomobilin aşması nəticəsində bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.

Məlumata görə, maşının sürücüsü, Bakı şəhər sakini 20 yaşlı Fərid Nazim oğlu Dadaşov hadisə yerindəcə dünyasını dəyişib.

Maşındakı digər sərnişin, 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Emin Oqtay oğlu Məmmədli isə ağır bədən xəsarətləri ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına çatdırlıb. Lakin vəziyyəti ağır olan Emin Məmmədli də sonradan vəfat edib.

Hadisə yerində dünyasını dəyişən Bakı şəhər sakini 20 yaşlı Fərid Nazim oğlu Dadaşov iş adamı Nazim Dadaşovun oğludur. Fəridin atasının  böyük tikinti şirkətlərindən birinin sahibi olduğu bildirilir.

Musavat.com-un məlumatına görə, gənclərin dostları sosial şəbəkələrdə onların “Şahdağ” İstirahət Mərkəzinə dincəlməyə getdiklərini, geri qayıdarkən qəzaya uğradıqlarını yazıblar.





Modern.az
Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU