Modern.az

Moskva paradına 29 ölkə lideri gedəcək - Siyahı AÇIQLANDI

Moskva paradına 29 ölkə lideri gedəcək - Siyahı AÇIQLANDI

6 May 2025, 17:33

Moskvada keçiriləcək 9 May Qələbə paradında 29 xarici ölkə lideri iştirak edəcək.

Modern.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.

Uşakov siyahını da açıqlayıb. Rusiyaya gedəcək liderlər aşağıdakı ölkələri təmsil edəcəklər:

Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Bosniya və Herseqovina, Braziliya, Burkina-Faso, Venesuela, Vyetnam, Qvineya-Bisau, Misir, Zimbabve, Çin, Konqo Respublikası, Kuba, Laos, Monqolustan, Myanma, Fələstin, Serbiya, Slovakiya, Ekvatorial Qvineya, Efiopiya.

Bildirilib ki, parada Cənubi Osetiya və Abxaziya kimi separatçı "dövlətlər"in də liderləri qatılacaq.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu