Topaz Premyer Liqanın 20-ci turunda bu günə nəzərdə tutulan "Xəzər Lənkəran" - "Neftçi" oyunu ərəfəsində xoşagəlməz hadisə baş verib. Qol.Az saytına açıqlamasında bu barədə "Neftçi"nin mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Gündüz Abbaszadə bildirib.
O, qeyd edib ki, "Xəzər Lənkəran" klubu heç bir təhküsəzliklik tədbiri görməyib.
"Bu gün səhər qaldığımız otelin qarşısında "Neftçi"nin avtobusu "Xəzər Lənkəran" azarkeşləri tərəfindən daş-qalaq edilib, şüşələri sındırılıb. Əgər oyun başlamamış vəziyyət bu həddə çatıbsa, matçın gedişində bundan da pis hallar baş verə bilər" - deyə o bildirib.
Modern.az