Modern.az

İki güləşçimiz Türkiyədə medal qazandı

İki güləşçimiz Türkiyədə medal qazandı

İdman

6 May 2025, 23:27

Azərbaycanın iki güləşçisi Türkiyənin Antalya şəhərində gənclər (U20) arasında keçirilən “Çempionlar” turnirində medal qazanıblar.

 

Modern.az xəbər verir ki, ilk yarış günündə təmsilçilərimizdən Turan Daşdəmirov (55 kq) gümüş, İsmayıl Rzayev (97 kq) bürünc medal qazanıb.

 

 

Xalid Ələsgərovla (55 kq) Davud Məmmədov (77 kq) isə beşinci yerlə kifayətlənib.

 

Sabah 60, 72 və 87 kq-da yer alan güləşçilər xalça üzərinə çıxacaqlar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj