Modern.az

Jurnalistlərin ikinci binası tikilir - FOTO

Jurnalistlərin ikinci binası tikilir - FOTO

Təhsil

9 Fevral 2014, 23:37


Bakının Səbail rayonu, Yeni Salyan yolu-22 ünvanında Azərbaycan jurnalistləri üçün ikinci binanın tikintisi davam edir. Modern.az-ın məlumatına görə, hazırda yeni binanın 1-ci mərtəbəsinin inşası üçün işlər gedir.

Prezident İlham Əliyevin sərəncamı ilə jurnalistlər üçün tikiləcək ikinci binanın təməli 22 iyul 2013-cü ildə qoyulub. Bina 17 mərtəbəli və 3 bloklu olacaq. Burada 1, 2, 3 və 4 otaqlı mənzillər istifadəyə veriləcək. Bina zəruri infrastrukturla təmin ediləcək.
Yeni binanın 2015-ci ilin mətbuat günündə istifadəyə veriləcəyi gözlənilir.

Sözügedən ünvanda jurnalistlər üçün tikilən 156 mənzilli birinci bina ötən il iyulun 22-də istifadəyə verilib.

Modern.az

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU