Modern.az

Hacıqabulun Muğan qəsəbəsində evlər suyun altında qaldı

Hacıqabulun Muğan qəsəbəsində evlər suyun altında qaldı

Aktual

7 May 2025, 08:37

Ötən gecə yağan güclü leysan yağışları nəticəsində əmələ gələn sel suları Hacıqabul rayonunun Muğan qəsəbəsində ciddi fəsadlar törədib.

 

Modern.az “Report"a istinadən məlumat verir ki, Harami dağından axan sel suları qəsəbə ərazisindəki evlərin zirzəmilərinə, həyətyanı sahələrə dolub.

 

Küçələrdə keçilməz su gölməçələri yaranıb, avtomobillərin və piyadaların hərəkəti çətinləşib. Vətəndaşlara məxsus ev quşları tələf olub, tərəvəz və bostan əkini sahələrinə ziyan dəyib.

 

Hazırda selin fəsadlarının aradan qaldırılması istiqamətində işlər görülür.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?