Modern.az

Pakistanda 26 mülki şəxs həlak oldu - 47 nəfər yaralandı

Pakistanda 26 mülki şəxs həlak oldu - 47 nəfər yaralandı

Dünya

7 May 2025, 09:14

Pakistanın Milli Təhlükəsizlik Komitəsi ölkədəki son vəziyyətlə bağlı brifinq keçirib.

Modern.az xəbər verir ki, Komitənin məlumatına görə, Hindistanın hava hücumları nəticəsində Pakistan ərazisində 26 mülki şəxs həlak olub, 47 nəfər yaralanıb. Hava zərbələri bir neçə məscidin dağılmasına səbəb olub. Bahavalpurda məscidin vurulması nəticəsində həlak olan 13 nəfərdən ikisi körpə qızdır.

Pakistan rəsmisi Hindistanın 5 hərbi təyyarəsinin vurulduğunu və bir komanda-qərargah məntəqəsinin məhv edildiyini bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu