Modern.az

İctimai fəal Əhməd Məmmədli saxlanıldı

İctimai fəal Əhməd Məmmədli saxlanıldı

7 May 2025, 10:50

Biləcəridə mübahisə bıçaqlanma ilə nəticələnib.

Modern.az APA-ya istinadən məlumat verir ki, mayın 6-da saat 22 radələrində 1988-ci il təvəllüdlü Dünyamalıyev Vüqar Rasim oğluna Bilcəri qəsəbəsi R.İsmayılov küçəsində qarın boşluğundan bıçaqla xəsarətlər yetirilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin 2001-ci il təvəllüdlü, Cəlilabad rayonunda anadan olmuş Məmmədli Əhməd Vüqar oğlu olduğu müəyyən edilib və o, saxlanılıb.

Faktla bağlı Binəqədi Rayion Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

İlkin məlumata görə, hadisəyə taksidə yer üstündə mübahisə səbəb olub.

Saxlanılan Əhməd Məmmədli ictimai fəaldır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi