Modern.az

Lənkəranda balıqçını "tok" vurub öldürdü

Lənkəranda balıqçını "tok" vurub öldürdü

Hadisə

7 May 2025, 13:42

Lənkəranda 66 yaşlı kişini elektrik cərəyanı vurub.

Modern.az xəbər verir ki, hadisə Lənkəran rayonunun Velədi kəndi ərazisində baş verib.

Rayon sakini 1966-cı il təvəllüdlü Əzizağa Ağayev səhər saatlarında balıq tutmaq məqsədi ilə Lənkəran çayına gedib. O, balıq tutmaq istəyərkən qarmaq yüksək gərginlikli elektrik xəttinə toxunub. Bu zaman Ə.Ağayevi elektrik cərəyanı vurub. Ə.Ağayev hadisə yerində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi