Modern.az

Rusiya-Ukrayna danışıqları nə vaxt başlayacaq?

Rusiya-Ukrayna danışıqları nə vaxt başlayacaq?

16 May 2025, 10:05

İstanbulda Rusiya, Ukrayna və Türkiyə nümayəndə heyətləri arasında üçtərəfli görüş keçiriləcək.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən “RIA Novosti” məlumat yayıb.

Məlumata görə, Rusiya, Ukrayna və Türkiyə nümayəndə heyətləri arasında üçtərəfli görüş bu gün saat 13:30-da (Bakı vaxtı ilə) İstanbulda baş tutacaq.

Görüşdən öncə, saat 11:45-də (Bakı vaxtı ilə) Türkiyə, ABŞ və Ukrayna nümayəndələrinin ayrıca danışıqlar aparacağı bildirilir.

Qeyd edək ki, Rusiya və Ukrayna arasında ötən gün keçirilməli olan danışıqlar bu günə təxirə salınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI