Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası fevralın 14-də olacaq.
Parlamentin mətbuat katibi Akif Təvəkküloğlu Modern.az açıqlamasında bildirib ki, iclasın gündəliyinə 12 məsələ daxil edilib.
Bunların arasında “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Prokurorluq haqqında”, “Torpaq bazarı haqqında” qanunlara və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər var. Eyni zamanda bir neçə ölkələrlə imzalanan sazişlərin təsdiqlənməsi, o cümlədən “Beynəlxalq Üzüm və Şərab Təşkilatını təsis edən Sazişə qoşulması haqqında” qanun da gündəlikdə yer alıb.
Gültəkin ƏLƏSGƏR