Modern.az

Evi yararsız hala düşən ailəyə yaşayış üçün çadır quruldu - VİDEO

Evi yararsız hala düşən ailəyə yaşayış üçün çadır quruldu - VİDEO

7 May 2025, 17:46

Fövqəladə Hallar Nazirliyinə Mingəçevir şəhəri, Günəşli bağ massivi adlanan ərazidə yaşayan vətəndaş Arzu Yusubovaya məxsus evin yararsız vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.

Modern.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, bununla əlaqədar FHN-in Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən ailənin müvəqqəti yaşayışı məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.

 

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi