Modern.az

ABŞ-də Qələbə Günü qeyd ediləcək

ABŞ-də Qələbə Günü qeyd ediləcək

Dünya

7 May 2025, 22:50

Mayın 8-i ABŞ-da İkinci Dünya müharibəsində Qələbə Günü elan edilib.

 

Modern.az-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyannamə imzalayıb.

Bəyannamədə İkinci Dünya müharibəsindəki qələbənin tarixdə azadlıq uğrunda ən böyük qələbələrdən biri olduğu bildirilir. Qeyd olunub ki, müharibə zamanı 250 mindən çox amerikalı həyatını itirib.

 

“Amerika əsgərlərinin fədakarlığı olmasaydı, bu müharibədə qalib gəlinməzdi və bugünkü dünyamız tamamilə fərqli görünərdi”,- deyə bəyannamədə vurğulanıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu