Modern.az

Şairə-jurnalist ATV-dəki işindən çıxdı

Şairə-jurnalist ATV-dəki işindən çıxdı

Təhsil

10 Fevral 2014, 12:26

Şairə-jurnalist Sevinc Çılğın Azad Azərbaycandan (ATV) ayrılıb. Modern.az xəbər verir ki, bu barədə onun özü bildirib.
“Çox önəmli qərar verdim. ATV-dən ayrıldım. Çox yaxın zamanlarda müdir havaları ilə qarşınızda olacam”.
ATV-də dizayn və anons şöbəsində redaktor işləyən Sevinc Çılğın Modern.az-a açıqlamasında telekanaldan ayrılmasını yeni iş qurması ilə əlaqələndirib.
“Yeni layihə ilə bağlı hələki açıqlama vermək istəmirəm. Çünki əvvəlcədən danışmaq mənə düşmür. İnşallah yaxın zamanlarda yeni layihə ilə qarşınızda olacam. ATV mənə doğma idi, yaxşı kollektivimiz var idi. Amma bəlli bir yaşdan sonar insan öz işini qurmalıdır. Mən orada yaradıcı qabiliyyətimdən istifadə etmirdim. Sadəcə yazmaq bacarığımı istifadə edirdim. İndi yaradıcılıq istəyirəm. Çünki yaradıcılıqla məşğul olmaq üçün darıxmışam. İnanıram ki, xoşunuza gələcək”.

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU