Modern.az

Sumqayıtda emalatxanada partlayış - Xəsarət alan var

Sumqayıtda emalatxanada partlayış - Xəsarət alan var

Hadisə

8 May 2025, 10:40

Sumqayıtda emalatxanada partlayış olub.

Modern.az xəbər verir ki, hadisə "İnşaatçılar" yaşayış massivində yerləşən metaləritmə emalatxanasında qeydə alınıb.

Sobanın partlaması nəticəsində partlayış baş verib. Partlayış nəticəsində 1997-ci il təvəllüdlü Ağasəlim Cəlilov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?