Modern.az

Prokurorluqdan piyadanın ölümü ilə nəticələnən yol qəzasına REAKSİYA

Prokurorluqdan piyadanın ölümü ilə nəticələnən yol qəzasına REAKSİYA

Təhsil

10 Fevral 2014, 13:21

Paytaxtın hüquq mühafizə orqanları tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla piyadaların ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücülərin məsuliyyətə cəlb olunması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Bu barədə Modern.az-a prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Prokurorluqdan bildirilib ki, fevralın 9-da saat 19 radələrində Mərdəkan-Bakı şosesinin Xəzər rayonu ərazisində naməlum avtomobilin yol hərəkəti qaydalarını pozaraq yolu keçən piyada Afail Güləhmədovu vurub hadisə yerindən qaçması, sonuncunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi faktına görə Xəzər rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanmışdır. Rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində isti izlərlə yol nəqliyyat hadisəsinin «Daewo» markalı «10-TG-944» dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məmmədov Elşən Sahib oğlu tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr yarandığından o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.  

Hazırda iş üzrə istintaq davam etdirilir.

 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?