Modern.az

Mətbuat Şurasında ETİRAZ: “Türkiyəyə niyə həmişə eyni jurnalistlər gedir?”

Mətbuat Şurasında ETİRAZ: “Türkiyəyə niyə həmişə eyni jurnalistlər gedir?”

Qarabağ

10 Fevral 2014, 13:25

Mətbuat Şurasında Azərbaycan-Türkiyə mediasının əlaqələri mövzususnda keçirlən tədbirdə qardaş ölkəyə göndərilən KİV nümayəndələrinin tərkibi barədə narazılıq ifadə olunub.

Modern.az saytı bildirir ki, tədbirdə çıxş edən Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri Seymur Verdizadə Türkiyəyə KİV-lə bağlı tədbirlərə gedən tərkibin dəyişdirləmsini təklif edib.

“Təklif edirəm ki, Türkiyəyə heyət göndərəndə ora sıravi jurnalistlərin də adları daxil edilsin. Təəssüf ki, Türkiyəyə həmişə eyni adamlar gedir. Nədənsə, bu adamlar həmişə baş redaktorlar olurlar. Azərbaycan jurnalistikası baş redaktorların deyil, sıravi jurnalistlərin çiynində dayanıb. Azərbaycanda elə baş redaktor var ki, sonuncu dəfə əlinə orta məktəbin 7-ci sinifində inşa yazanda qələm alıb. 72 yaşlı adamın Türkiyədə hansı təcrübəni öyrənəcəyi mənə məlum deyil. Məsələn, Aqil Abbası Türkiyəyə təcürbə öyrənməyə göndərmək lazım deyil. Onu həmin heyətdə daha gənc, perspektivli jurnalistlər əvəz edə bilərlər.”-deyə S.Verdizadə bildirib.

Aqil Abbas S.Vedizadə ilə razı olduğunu deyib.

Mətbuat Şurasında keçirilən tədbirə Türkiyənin Azərbayacndakı səfirliyinin rəsmiləri, Milli Məclisin deputatı Cavanşir Feyziyev, və KİV rəhbərləri iştirak edir.  

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu