“Bir insanın karyerasına, onun fəaliyyətinə ziyan gətirmək üçün onun təsdiqi də olmalıdır. İnana bilmirəm ki, deputatımız məni reket jurnalist adlandırıb”.
Bu sözləri Modern.az-a açıqlamasında ANS-də yayımlanan “Adam içində” verilişinin aparıcısı Elgiz Əkbər deputat Astan ŞahverdiyevinATV-nin aparıcısı Zaur Baxşəliyevlə ANS-in əməkdaşı Elgiz Əkbəri reket jurnalist adlandırması barədə fikirlərinə münasibət bildirərkən deyib. O qeyd edib ki, deputatın bu fikri söyləməsi üçün fakt olmalıdır.
Mən məəttəl qalmışam. Hansı fakta əsasən o, belə fikir söyləyir? Elgizin bütün fəaliyyəti göz qabağındadır. Öz də ANS kimi kanalda çalışır, o heç reketlik edər? Bu heç ağlasığılası məsələ deyil. Yox əgər deputatın əlində fakt varsa açsın, bunu ictimailəşdirsin və görək ki, Elgiz nə vaxt gedib reketlik edib”.
Deputatın bu verilişlərlə insanların şəxsi həyatlarına müdaxiləsi barədə dediyinə isə aparıcı belə izah verib:
“Şəxsi həyatı ictimailəşdirməyi mən də istəmirəm. Bəli, bunda iradəyə zidd hərəkət olur. Amma bu, könüllülük prinsipi əsasında həyata keçirilən məsələdir və qanun pozuntusundan söhbət gedə bilməz. Bu veriliş bütün dünyada, o cümlədən Azərbaycanda var”.
Qeyd edək ki, Milli Məclisin deputatı Astan Şahverdiyev “Adam içində” (ANS), “Ümid var” (ATV) verilişlərində insanların ailə problemlərinin efirə çıxarılıb, onları biabr etmələrini pisləyib, həmin verilişlərin aparıcıları Elkiz Əkbərlə Zaur Baxşəliyevi reket jurnalist adlandırıb.
Aytən ƏLİYEVA