Modern.az

Azərbaycan Soçiyə göndərdiyi olimpiyaçılara hansı mükafatı vəd edib? - AÇIQLAMA

Azərbaycan Soçiyə göndərdiyi olimpiyaçılara hansı mükafatı vəd edib? - AÇIQLAMA

10 Fevral 2014, 14:12

Soçidə keçirilən Qış Olimpiya Oyunları davam edir. Olimpiadada iştirak edən ölkələrin hər biri idmançıları həvəsləndirmək üçün alacaqları qızıl, gümüş və bürünc medala görə pul mükafatları vəd edib.
Müxtəlif ölkələrin öz atletlərinə qələbə qarşılığında vəd etdiyi pul mükafatları məlumdur.

Bəs Azərbaycanla bağlı vəziyyət necədir? İdmançılarımız Qış Olimpiya Oyunlarında hər hansı medal qarşılığında hansı mükafatı gözləyir?

Soçi Qış Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəsmisi, Milli Olimpiya Komitəsinin (MOK) beynəlxalq əlaqələr idarəsinin rəisi  Könül Nurullayeva Modern.az saytına açıqlamasında bildirib ki, hələlik qaliblər üçün mükafatlar dəqiqləşdirilməyib.

“İnşallah nəticələrimiz məlum olduqdan və Bakıya qayıtdıqdan sonra lazım gələrsə, mükafat müəyyən olunacaq və ictimaiyyətə açıqlanacaq. Hələlik müküfat dəqiqləşdirilməyib və mətbuatda bizim idmançılarla bağlı 1, 2 və 3-cü yerlərin qaliblərinə hansısa pul mükafatlarının verilməsi barədə məlumat gedibsə, bunlar yalnışdır”.

Qeyd edək ki, Soçidə Azərbaycanı 4 idmançı - dağ xizəksürənləri Patrick Brahner (Avstriya), Gaia Bassani Antivari (İtaliya), fiqurlu konkisürənlər Aleksey Sitnikov və Yuliya Zlobina (Rusiya) təmsil edirlər.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə olimpiada ərəfəsində mətbuata açıqlamasında “idmançılarımızdan yaxşı çıxış gözləyirik. Fiqurlu konkisürənlərimizdən ilk 12-yə daxil olmalarını umuruq. O birilərin də reytinqlərini artırmasını istəyirik. Əlbəttə, biz burdan medal gözləmirik. İdmançılarımızın medal qazanmaq ümidləri çox azdır» demişdi.

Qeyd edək ki, Soçidə keçirilən Qış Olimpiya Oyunlarında alınan medallara görə daha çox pul mükafatını Qazaxıstan, Latviya, İtaliya, Belarus, Estoniya və Ukrayna Milli Olimpiya komitələri öz idmançılarına vəd ediblər. Qazaxıstan idmançılarının hər biri qazandığı qızıl medala görə 250 min dollar alacaq. Gümüş medala görə onları 150 min dollar, bürünc medala görə isə 75 min dollar mükafat gözləyir. Qızıl, gümüş və bürünc medala görə idmançılara Latviya 192,8 min, 96,4 min, 67, 5 min dollar, İtaliya 189,8 min, 101,7 min, 67,8 min dollar, Belarus 150 min, 75 min, 50 min dollar, Estoniya 138,5 min, 92,3 min və 60,6 min dollar, Ukrayna 125 min, 80 min və 55 min dollar verəcək.

Aytən ƏLİYEVA 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU