Modern.az

Nazirlik: “İstehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 26,8 faiz azalıb”

Nazirlik: “İstehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 26,8 faiz azalıb”

10 Fevral 2014, 14:19

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən qeydə alınan istehsalatda bədbəxt hadisələrin sayı 2012-ci illə müqayisədə 26,8 % azalaraq  2013-cü ildə 155-ə enib. Bu barədə Modern.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, həmin hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı 13% azalmaqla ötən il 71 nəfər, xəsarət alanların sayı isə 24% azalmaqla 120 nəfər təşkil edib. İstehsalat qəzalarının tikinti sektoruna aid göstəricilərində də azalma özünü göstərib. Belə ki, ötən il tikinti sektorunda 51 istehsalat qəzası baş verib və bu qəzalar nəticəsində 27 nəfər dünyasını dəyişib, 28 nəfər xəsarət alıb. Bu göstəricilər 2012-ci ildəki ilə müqayisədə müvafiq olaraq 3,7%, 25% və 48 faiz azdır.

Qeyd edək ki, Dövlət Əmək Müfəttişliyi Xidməti baş vermiş istehsalat qəzaları ilə bağlı əmək qanunvericiliyinə müvafiq şəkildə tədbirlər görüb.

 

 

Modern.az

   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU