Modern.az

Vətən müharibəsi qazisi vəfat etdi

Vətən müharibəsi qazisi vəfat etdi

8 May 2025, 19:26

Vətən müharibəsi qazisi Mətləb Əhmədov vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

 

Onun bu gün Bakıda vəfat etdiyi bildirilsə də, ölüm səbəbi açıqlanmayıb.

 

Mərhumun nəşinin bu gün paytaxtdan Naxçıvana göndərildiyi bildirilir.

 

Qeyd edək ki, Əhmədov Mətləb Hüseyn oğlu Vətən müharibəsinə könüllü qatılıb. O, döyüşlərdə iştirakına görə Füzulinin və Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi