Modern.az

Azərbaycanda İcra Hakimiyyətinin vəzifəli şəxsinə cinayət işi açılıb

Azərbaycanda İcra Hakimiyyətinin vəzifəli şəxsinə cinayət işi açılıb

10 Fevral 2014, 14:58

Masallı rayon İcra Hakimiyyəti Başçısının Qarğalıq ərazi dairəsi üzrə nümayəndəsinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb. Bu barədə Modern.az-a prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Prokurorluqdan verilən məlumat görə, aparılmış istintaqla Masallı rayon İcra Hakimiyyəti Başçısının Qarğalıq ərazi dairəsi üzrə nümayəndəsi Subhan Zalıyevin rayonun Kürdəbaz bələdiyyəsinin mülkiyyətində olan 1,49 hektar torpaq sahəsini Qarğalıq kənd sakini Ağasənəm Nuriyevaya icarəyə vermək məqsədi ilə xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək icarə müvaqiləsi tərtib edib icra nümayəndəliyinin möhürü ilə təsdiq etməklə sonuncuya təqdim etməsində şübhələr üçün əsaslar olduğundan o, iş üzrə Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Masallı rayon məhkəməsinə göndərilib.

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU