
Türkiyə çempionatının 20-ci turunda öz meydanında “Akhisar Bələdiyyəspor”a 4:2 hesabı ilə məğlun olan “Trabzonspor” futbol klubunun baş məşqçisi Mustafa Reşit Akçay postundan uzaqlaşdırılıb.
Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, komandanın rəhbərliyi bu gün baş məşçi ilə görüşərək onun sözləşməsini qarşılıqlı olaraq ləğv ediblər. Mustafa Akçayın yerinə kimin gətiriləcəyi hələ ki bəlli deyil.
Modern.az