Xəbər verdiyimiz kimi, dünən keçirilən "Xəzər Lənkəran" - "Neftçi" oyunu (2:2) qalmaqalla başa çatıb. Meydan sahibləri 82-ci dəqiqəyədək 0:2 hesabı ilə geridə olsalarda, son 10 dəqiqədə bərabərlik qollarını vura biliblər. Oyunun sonunda futbolçular arasında dava düşüb. Nəticədə baş hakim Rəhim Həsənov "Neftçi"dən Bruno Bertucci və Karlos Kardozo, "Xəzər Lənkəran"dan isə Ağabala Ramazanova qırmızı vərəqə göstərib.
Modern.az qalmaqallı oyunun qollarını təqdim edir.