Modern.az

Həkim: “Özünü yandıran kişinin vəziyyəti ağırdır”

Həkim: “Özünü yandıran kişinin vəziyyəti ağırdır”

10 Fevral 2014, 16:01

“Yanvarın 27-də səhər saatlarında Yevlax rayon Sosial Müdafiə Mərkəzinin qarşısında intihara cəhd edən Nizami Kərimovun vəziyyəti yaxşılaşır. Təxminən bir həftədən sonra palataya çıxarılacaq. Riskli olduğu üçün əməliyyat hələ ki təxirə salınıb”.
Bunu Modern.az-a 5 saylı şəhər Klinik Xəstəxananın şöbə müdiri Vüqar Ələkbərov xəstənin vəziyyətindəki dəyişikliklərdən danışarkən deyib.

Həkim Kürdəmir rayonunun Topalhəsənli kəndində özünü yandıraraq  intihara cəhd edən 34 yaşlı Rahim Abdullayevin isə vəziyyətinin yaxşı olmadığını, onun haqqında ümidverici bir şey deyə bilməyəcəyini vurğulayıb.

 

Gülşən Raufqızı 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU