Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva “Bir səsin cazibəsi” adlı müəllif programıyla TRT AVAZ-da ekranlara gələcək. Modern.az-ın məlumatına görə, əmədar artist ofsunlayıcı səsi ilə TRT AVAZ izləyicilərinə musiqi ziyafəti verəcək. ‘’Bir səsin cazibəsi’’ adlı proqrama Türkiyədən eləcədə dünyadan sevilib-seçilən sənətçilər dəvət ediləcək. Cazdan- pop musiqisinə qədər bütün janrlarda musiqilər TRT AVAZ vasitəsi ilə ekranlarınıza gələcək.
Qeyd edək ki, TRT Müzik kanalına məxsus olan ‘’ Bir səsin cazibəsi’’ programı TRT AVAZ-da 12 Fevral Bakı saatıyla 19.40 yayımlanacaq. Proqramın təkrarı, 15 Fevral 03.30 da ekranlara gələcək.
Modern.az