Modern.az

Azərbaycanda 6 bal gücündə zəlzələ oldu - RƏSMİ AÇIQLAMA+ YENİLƏNİB

Azərbaycanda 6 bal gücündə zəlzələ oldu - RƏSMİ AÇIQLAMA+ YENİLƏNİB

10 Fevral 2014, 16:19


Bu gün saat 16.06 radələrində Azərbaycan ərazisində zəlzələ baş verib. Modern.az saytının məlumatına görə, bu barədə AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəsi bildirib.

Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqızı Modern.az-a bildirib ki, bir neçə dəqiqə əvvəl baş verən zəlzələ barəsində dəqiqləşmələr aparılır. Yaxın dəqiqələrdə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, zəlzələ bütün Bakı və Abşeron yarmadasında da hiss edilib.

***
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinə məlum olub ki, zəlzələ saat 16:06-da Saatlıdan 41 km şimal-şərqdə - Hacıqabul ərazisində qeydə alınıb.

Zəlzələnin maqnitudası 5,70, dərinliyi isə 55 km olub.

"Yerli vaxtla saat 16:06:49 Saatlıdan 41km şimal-şərqdə Hacıqabul ərazisində  zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bala yaxın, respublika ərazisində 5-3 bala qədər hiss olunub. İnsan tələfatı və tikililərdə dağıntı yoxdur"-deyə rəsmi açıqlamada vurğulanır.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi