“Hacıqabulda 5,5 bal gücündə zəlzələ hiss edilib. Amma qorxulu bir şey yoxdur. İlkin olaraq dağıntı haqda məlumat daxil olmayıb”. Bunu Modern.az-a Hacıqabul İcra Hakimiyyəti başçısının birinci müavini Sahib Aslanov deyib.
Onun sözlərinə görə, buna baxmayaraq zəlzələ ilə bağlı ətraflı məlumat toplanılır: “Bundan sonra hər hansı dağıntı olub-olmaması ilə bağlı ətraflı məlumat verilə bilər”.
Qeyd edək ki, 16:06-da zəlzələ paytaxt Bakıda da hiss olunub.
Gülşən Raufqızı