Modern.az

Pakistan bizim yaxın dostumuzdur - Səməd Seyidov

Pakistan bizim yaxın dostumuzdur - Səməd Seyidov

10 May 2025, 10:57

Azərbaycan Hindistan-Pakistan məsələsində hər zaman ədalətin, haqqın yanında olacaq.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov jurnalistlərə müsahibəsində deyib.

"Azərbaycanın mövqeyini həm xarici işlər naziri, həm deputatlar açıq şəkildə nümayiş etdiriblər. Hesab edirik ki, Pakistan bizim yaxın dostumuzdur. Pakistan hər zaman Azərbaycanın ən ağır günlərində yanında olub. Ona görə hesab edirəm ki, bu münasibətlər davam etdirilərək möhkəmlənəcək və Azərbaycan hər zaman ədalətin, haqqın yanında olacaq", - deyə S.Seyidov bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal