Modern.az

Mövqeyimiz bəllidir, gözləyirik... - Nazirdən Naxçıvan açıqlaması

Mövqeyimiz bəllidir, gözləyirik... - Nazirdən Naxçıvan açıqlaması

10 May 2025, 11:55

"Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası ilə bağlı təmaslar var. Bu proses üzrə iki ölkənin baş nazirlərin müavinlərinin sədrliyi ilə komissiyalar səviyyəsində işlər davam edir".

Modern.az xəbər verir ki, bunu jurnalistlərə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, Azərbaycanın nəqliyyat kommunikasiyalarının bərpası üzrə mövqeyi bəllidir:

"Düşünürəm ki, orada təmaslar olacaq. Daha bir istiqamət isə Azərbaycanın Qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat kommunikasiyalarının açılmasıdır. Burada da Azərbaycanın mövqeyi bəllidir. Biz Ermənistanın bu istiqamətdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyirik”.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər