Modern.az

FHN: “Zəlzələ nəticəsində insan tələfatı və dağıntı yoxdur”

FHN: “Zəlzələ nəticəsində insan tələfatı və dağıntı yoxdur”

10 Fevral 2014, 22:03

Fövqəladə Hallar Nazirliyi (FHN) fevralın 10-da Azərbaycanda baş vermiş zəlzələ ilə bağlı məlumat yayıb.
Nazirlik bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, fevralın 10-da saat 16:06-da Saatlıdan 41 km şimal-şərqdə, Hacıqabul rayonu ərazisində, 55 km dərinlikdə zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 5,7 maqnituda (12 ballıq cədvəl üzrə 5 bal) gücündə, respublikanın əksər yaşayış məntəqələrində 5,0-3,0 bal, Bakı şəhərində isə 3 bala qədər hiss olunub.

İnsan tələfatı və dağıntı yoxdur.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU