Modern.az

Ukrayna Rusiya ilə görüşə hazırdır - Zelenski

Ukrayna Rusiya ilə görüşə hazırdır - Zelenski

Dünya

11 May 2025, 12:57

Atəşkəs Rusiya və Ukrayna arasında danışıqlara başlamaq üçün ilk addım olmalıdır.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqramda paylaşımında bildirib.

 

Ukrayana Prezidenti qeyd edib ki, rusiyalıların nəhayət, müharibənin başa çatması barədə düşünməsi yaxşı əlamətdir: “Bütün dünya bunu çoxdan gözləyir. Müharibənin başa çatması üçün ilk real addım atəşin dayandırılmasıdır. Atəşi artıq mayın 12-dən dayandırmaq lazımdır. Bir gün belə öldürməyə davam etmək mənasızdır. Gözləyirik ki, Rusiya mayın 12-dən atəşin tam, uzun müddətli və etibarlı şəkildə dayandırılmasını təsdiqləyəcək. Ukrayna Rusiya ilə görüşə hazırdır”.

 

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin mayın 15-də İstanbulda Moskva və Kiyev arasında danışıqların bərpasını təklif edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu