Nə zəlzələ istəyirəm, nə də vəlvələ.
Çörəyin qiyməti qalxacaq. Çörək qədri bilməyənlər bunu qəsdən edəcəklər.
Taksilər qiymətlərini təyyarə qiymətinə qaldıracaqlar. Çünki sükan arxasında olsalar da, şahmat dilində desək, hələ piyadadırlar.
Zəlzələ olsa, ermənilər sevinəcək. Şərəfsiz düşməndən artıq heç nə gözləmək olmaz.
Zəlzələ balalarımızı qorxudacaq. Mən qorxaq övladlar istəmirəm.
Zəlzələ hansısa bir sevgili oğlanı yarını qoyub qaçmağa vadar edəcək. Azərbaycanda qorxaq bəylər görmək istəmirəm.
Zəlzələ bizi sonradan güldürəcək. Etdiyimiz hərəkətlərə görə. Gülünc millət olmaq istəmirəm.
Zəlzələ istəmirəm. Arzum ürəyimdə qala bilər. Hələ Qarabağıma qovuşmamışam.
Bunları elə-belə sadalamıram, 2000-ci ildə gördüklərimə görə danışıram.
Amma hərdən zəlzələ istəyirəm:
* Şükürlü olmağımız üçün
* Çörəyin qədrini bilmək üçün
* Böyüklərimizə hörmət etmək üçün
* Səhvlərimizin etirafı üçün
* Həyatımızın şirinliyini bilmək üçün
* Bir çox hallarda mənasız mübarizələrimiz üçün
Bu gün zəlzələ oldu. Böyük ALLAH Azərbaycanı qorudu.
P.S. Bu gün zəlzələ zamanı yazı yazırdım. Mikoyan haqqında. Mikoyanın Azərbaycana xəyanətləri haqqında. Əzəli düşmənlərimizin adı da özləri boyda fəlakətdi.
İlham Cəmiloğlu