Modern.az

Ərdoğanın Analar günündəki mesajı

Ərdoğanın Analar günündəki mesajı

Aktual

12 May 2025, 01:08

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkədəki səhifəsində Analar Günü ilə bağlı mesaj yayıb.

Modern.az-ın məlumatına görə, Ərdoğan ölkənin bütün analarına minnətdarlığını bildirib, onların nə qədər dəyərli olduğunu, göstərdikləri fədakarlıqları vurğulayıb.

Ərdoğan mesajında ​​qeyd edib ki, heç bir uşaq anasına sevgisinin və zəhmətinin əvəzini tam ödəyə bilməz.

Türkiyə prezidenti onu da bildirib ki, artıq bu dünyadan köçmüş bütün analar, o cümlədən öz anası üçün dua edir.

Ərdoğan müraciətində oğulları hərbi xidmətə çağırılaraq vətən uğrunda canlarını fəda edən analara xüsusi ehtiramlarını bildirib.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu