Modern.az

50 yaşlı kişini aldadıb 36 min manatını mənimsədi

50 yaşlı kişini aldadıb 36 min manatını mənimsədi

12 May 2025, 14:06

Nəsimi rayonu ərazisində dələduzluq və soyğunçuluq edən şəxslər saxlanılıblar.

DİN-dən Modern.az-a verilən məlumata görə, Nəsimi rayonu ərazisində bir nəfər 50 yaşlı kişini aldatmaqla onun 36500 manatını mənimsəyib.

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 51 yaşlı R.Qurbanov saxlanılıb. Aparılan araşdırmalarla onun borclu şəxs qismində axtarışda olduğu da məlum olub.

Bundan başqa, rayon ərazisində bir nəfərin 200 manatını soyğunçuluq yolu ilə almış 22 yaşlı M.Ağamaliyev də saxlanılıb.

Araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi