Modern.az

Yük maşınından 600 litr yanacaq oğurlandı

Yük maşınından 600 litr yanacaq oğurlandı

12 May 2025, 14:40

Avtomobildən təkər və yanacaq oğurlayan şəxslər saxlanılıblar.

Modern.az DİN-ə istinadən xəbər verir ki, Sabunçu rayonu Balaxanı qəsəbəsinin ərazisində paytaxt sakininə məxsus “MAN” markalı avtomobildən 1400 manat dəyərində təkər və 600 litr yanacaq oğurlanıb.

Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı E.Bayramov və 34 yaşlı E.Bəkirov müəyyən olunaraq saxlanılıblar.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi