Modern.az

Şimali Kiprdən Bakıya heyət gəldi: tələbə mübadiləsi olacaq

Şimali Kiprdən Bakıya heyət gəldi: tələbə mübadiləsi olacaq

Təhsil

14 May 2025, 16:10

Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri Şamil Ayrım, Türkiyə-Şimali Kipr Türk Respublikası Dostluq Qrupunun sədri Orhan Erdem, eləcə də Şimali Kiprdə fəaliyyət göstərən Doğu Akdeniz Universitetinin rektoru Hasan Kılıç, Şimali Kipr Prezidentinin siyasi məsələlər üzrə müşaviri Anıl Kaya dünən Azərbaycana səfər ediblər. Səfər çərçivəsində nümayəndə heyəti bir sıra universitetlərdə görüşlər keçiriblər. Nümayəndə heyəti ilk olaraq ADA Universitetində olub.

Görüşlə bağlı ADA Universitetinin prorektoru, deputat Fariz İsmayılzadə Modern.az-a danışıb.

“Biz hələ protokol imzalamamışıq. Ancaq bu, planımızda var. Universitetlərarası əməkdaşlıq istiqamətlərini - tələbə və müəllim mübadiləsi, birgə ikili diplom proqramı, tədqiqat layihələri, nəşrlər, yay məktəbləri, konfranslar əhatə edir”,-F.İsmayılzadə deyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu