Modern.az

Bərdədə 8 yaşlı uşağı maşın vurdu

Bərdədə 8 yaşlı uşağı maşın vurdu

Hadisə

13 May 2025, 15:24

Bərdədə 8 yaşlı uşağı maşın vurub.

Modern.az Apa-ya istinadən xəbər verir ki, hadisə Bərdə şəhərində, Sabir küçəsində qeydə alınıb. Nihad Əkbərovun idarə etdiyi "Honda" markalı minik maşını 2017-ci il təvəllüdlü R.Cəlilzadəni vurub.

Xəsarət alan azyaşlı Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onun həyati təhlükəsinin olmadığı bildirilir.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu