Modern.az

Ağsaqqallar Şurası SSRİ bayrağını qaldıran sədrə görə TOPLAŞIR

Ağsaqqallar Şurası SSRİ bayrağını qaldıran sədrə görə TOPLAŞIR

Ölkə

13 May 2025, 17:10

İmişli rayonunda 9 May Qələbə günü tədbiri zamanı SSRİ bayrağı qaldırılıb. Hadisə rayonunun Sarıxanlı kəndində baş verib. Sosial şəbəkədə yayılan görüntülər cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Tədbirdə, həmçinin rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov SSRİ bayrağı fonunda sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış edib. 

Modern.az-ın əldə etdiyi məlumata görə, Ağsaqqallar Şurasının İdarə Heyəti hadisəyə görə iclas keçirəcək.

İclasın bu gün baş tutacağı gözlənilir. Məlumatı saytımıza Ağsaqqallar Şurasının mətbuat xidmətindən təsdiqləyiblər.

Toplantıda İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov ilə bağlı qərar veriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər