Modern.az

Döyülərək öldürülən Elgünün dayısı danışdı

Döyülərək öldürülən Elgünün dayısı danışdı

Aktual

13 May 2025, 21:06

Dünən axşam saatlarında Gəncə şəhərində küçədə döyülən 18 yaşlı Elgün İbrahimov bu gün xəstəxanada aldığı ağır kəllə-beyin travmasından vəfat edib.

 

Modern.az xəbər verir ki, hadisə ilə bağlı Elgünün dayısı Baku TV-yə danışıb.

 

Mərhumun dayısının sözlərinə görə, oğlu döyülərək tanınmaz hala salınıb.

 

“Axşam bacım zəng edib ağlaya-ağlaya dedi ki, Elgünün başına iş gəlib, 3 nömrəli xəstəxanaya gəl. Həkimlərdən icazə alıb oğlumun yanına girdik. Uşağım tanınmaz halda idi. Universitetə hazırlaşırdı, bizim ümidimiz idi. Davakar uşaq deyildi, oxumağa meyilli, çox savadlı idi”, – deyə o bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi