Modern.az

Təcili Yardımdan DƏHŞƏTLİ açıqlama: “2013-cü ildə Bakıda 922 nəfərin intiharı barədə çağırış almışıq”

Təcili Yardımdan DƏHŞƏTLİ açıqlama: “2013-cü ildə Bakıda 922 nəfərin intiharı barədə çağırış almışıq”

11 Fevral 2014, 13:16

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası 2013-cü il ərzində  intiharlarla bağlı daxil olan çağırışların statistikasını açıqlayıb.

Stansiyanın baş həkimi Mürsəl Həmidov Modern.az saytına açıqlamasında bildirib ki, 2013-cü il ərzində təcili yardıma 922 nəfərin intiharı və özünü öldürməyə cəhdlə bağlı müraciət daxil olub.

“Özünə qəsd, ölümə cəhd və yaxud öldürmə həddinə çatdırma hallarına suisidlər deyilir.  İl ərzində 922 nəfərin özünə qəsd etməsilə bağlı müraciət daxil olub. 838 nəfər xəstəxanaya aparılıb. 84 nəfərin vəziyyəti yüngül olduğundan  yerində yardım göstərilib”-deyə həkim bildirib.

Gülşən Raufqızı 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi