Modern.az

Bu il 17 mindən çox şəxsə əlillik təyin olunub

Bu il 17 mindən çox şəxsə əlillik təyin olunub

Aktual

14 May 2025, 10:42

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar-aprel ayları ərzində 17 min 100 nəfərə əlillik təyin edib.

Modern.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Qeyd olunub ki, onlardan 7 min 300 nəfərə ilkin, 9 min 800 nəfərə isə təkrar əlillik təyinatı aparılıb.

Məlumat üçün bildirək ki, əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi