Modern.az

Braziliya prezidenti Putinin İstanbula getməsinə çalışır

Braziliya prezidenti Putinin İstanbula getməsinə çalışır

Aktual

14 May 2025, 14:41

Braziliya prezidenti Lula da Silva Rusiya lideri Vladimir Putini ukraynalı həmkarı Vladimir Zelenski ilə cümə axşamı İstanbulda baş tuta biləcək görüşdə iştirak etməyə razı salmaq niyyətində olduğunu açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə “Frans-Press” məlumat yayıb.

Lula Çindən qayıdarkən Moskvada dayanmağı planlaşdırdığını qeyd edib.

“Putinlə danışmağa çalışacağam. “Cənab Putin, İstanbula gedin, danışıq aparın” deməkdən başqa bir fikrim yoxdur”, - o, Pekində mətbuat konfransında bildirib.

Qeyd edək ki, sabah İstanbulda Rusiya-Ukrayna danışıqları keçiriləcək. Ukrayna lideri Zelenski bir neçə gün əvvəldən “mən Putini İstanbulda şəxsən gözləyəcəm!” deyib.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər