Modern.az

Narkokuryerliyə cəlb olunan iki nəfər saxlanıldı - VİDEO

Narkokuryerliyə cəlb olunan iki nəfər saxlanıldı - VİDEO

14 May 2025, 14:18

Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyatla əvvəllər dəfələrlə məhkum olunmuşlar 41 yaşlı Fəxrəddin Məhərrəmov və tanışı Sevinc İsgəndərzadə saxlanılıblar.

DİN-dən Modern.az-a bildirilib ki, onlardan 2 kiloqrama yaxın narkotik vasitə tiryək aşkarlanaraq götürülüb. 

Saxlanılan şəxslər narkotik vasitəni sosial şəbəkədə tanış olduqları İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.  

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi