Modern.az

Tərtərdə minik maşını traktora çırpıldı

Tərtərdə minik maşını traktora çırpıldı

14 May 2025, 15:32

Tərtərdə minik maşını traktora çırpılıb.

Modern.az xəbər verir ki, hadisə rayonun Evoğlu kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-21099" markalı minik maşını hərəkətdə olan zaman traktora çırpılıb. Hadisə nəticəsində sürücü 1958-ci il təvəllüdlü Quliyev Azay Xasay oğlu xəsarət alıb. Yaralı Tərtər rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi